Avstraliyalı aktyor Kris Hemsvort Hollivud ulduzu Bred Pittlə bağlı etiraf edib.
BAKU.WS xəbər verir ki, o, oğluna Bredin obrazlarından birinin adını verdiyini deyib.
Kris, Pittin 1994-cü ildə çəkildiyi "Legends of the Fall" filmindəki rolunun adı "Tristan"ı oğluna qoyub.
"Həmin filmə qədər ekranda yaraşıqlı adam olmamışdı. Dünyadakı ən cəlbedici obraz deyilmi?" - deyərək aktyor bildirib.
Xatırladaq ki, Kris Hemsvortun Elza Pataki ilə evliliyindən Tristan, Saşa və İndia adlı üç övladı var.