Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır.Bu barədə TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev məlumat verib.
"Prezidentimiz mayın 8-9-da Moskvaya səfər etməyi planlaşdırır”, - o qeyd edib.
Diplomat bildirib ki, Qazaxıstan 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək.
"Müvafiq olaraq, bu formatlar çərçivəsində liderlərimiz arasında da görüşlər olacaq”, - Abayev əlavə edib.
www.anews.az