![](https://sportnet.az/uploads/posts/2024-05/medium/1714822270_az.jpg)
Azərbaycanın 17 yaşadək (U-17) qız futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma Qazaxıstanla münasibətləri aydınlaşdırıb.
Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Penaltilər seriyasında isə rəqib komanda daha dəqiq olub.
Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk görüşdə Belarus millisinə 1:3 hesabı ilə uduzub.