Premyer Liqanın 33-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
4 komandadan cəzalı duruma düşən 5 futbolçu meydana çıxmaqdan məhrumdur.
Ən ağır zərbə “Zirə”yə dəyib. “Qartallar” “Turan Tovuz”la səfər matçında iki aparıcı futbolçunun xidmətindən yararlana bilməyəcək.
Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:
Vladislav Kulaç, Dmitrios Çantakias (hər ikisi “Zirə”), Kevin Medina ("Qarabağ"), Hüseynli Rauf ("Qəbələ"), Bruno Qonçalveş ("Turan Tovuz").
Mayın 4-də ”Kəpəz” – “Sumqayıt”, “Qarabağ” – “Neftçi”, ertəsi “Turan Tovuz” – “Zirə”, “Araz-Naxçıvan” – “Sabah”, mayın 6-da “Səbail” – “Qəbələ”görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ