"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:
"Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim. Yekəbaşlıq edirdim. Qərarları özüm verirdim. Son bir neçə aydır onun dediyi hər şey oldu. Birə-bir olur. Ona görə də onunla məsləhətləşirəm. Böyük oğlumun 21 yaşı olacaq. Ondan, balaca oğlumdan məsləhət alıram. Beləcə, ailənin fikri bir olur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun