EN

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

Bakıda avtomobildən oğurluq edilib. Avtosfer.az xəbər verir ki, mayın 2-də Bakıxanov qəsəbəsi ərazisində “QAZ-2410” markalı avtomobildən 930 manat dəyərində 2 ədəd qol saatı, eynək, maqnitofon, gödəkcə və avtomobilin üzərində olan aksessuarı oğurlanıb. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramov saxlanılıb.

Araşdırma aparılır.

 

Namiq

Chosen
139
avtosfer.az

1Sources