![İspaniyada](https://azertag.az/files/2024/2/1200x630/17148107045015428977_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
İspaniyada ənənəvi öküz döyüşləri - korrida üzrə milli mükafat ləğv edilib.
AZƏRTAC xəbər verir ki, İspaniya Mədəniyyət Nazirliyi heyvanlara qarşı amansız davranışa görə mükafat verilməsini qeyri-etik hesab edib. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, dövlət fondundan korrida yarışlarına medallar və pul mükafatları ayrılmasını artıq izah etmək mümkün deyil.
Qeyd edək ki, 2013-cü ildən bəri hər il matadorlara verilən mükafatın məbləği 30 min avrodur.