EN

DYP-dən atmosferi çirkləndirən avtobobillərin sürücülərinə ÇAĞIRIŞ (VİDEO)

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi atmosferin çirklənməsininqarşısının alınması məqsədilə sürücülərə müraciət edib.

Qurumdan Trend-ə verilən məlumatda bildirilib ki, müasir dövrdəekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraqqalır.

"Atmosferin çirklənməsində şübhəsiz ki, nəqliyyat vasitələrininsayının gündən günə artmasının böyük təsiri var. Nəqliyyatınmüxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə küllimiqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsirgöstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.

Dünyada, eləcə də, ölkəmizdə daxili yanma mühərrikləri iləişləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıcamənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsindəavtonəqliyyat vasitələrinin payı 80%-dir.

Hesablamalara görə, ölkəmizdə avtomobil nəqliyyatından atmosferəil ərzində atılan zərərli maddələrin miqdarı 700 min tonayaxındır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrininsahiblərini, sürücüləri, eləcə də avtonəqliyyat müəssisələrininrəhbərliyini istifadələrində olan avtomobilləri saz vəziyyətdəsaxlamağa, ixrac qazlarının tərkibinin normalarauyğunlaşdırılmasını təmin etməyə çağırır", - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
49
az.trend.az

10Sources