Bu gün Misli Premyer Liqasında 33-cü tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə növbəti mövsümdə də Premyer Liqada qalacağı dəqiqləşən, hazırda 9-cu pillədə qərarlaşan "Kəpəz" 2-ci yerdəki "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 16:30-da başlayacaq.
Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi ilə 3-cü pillədəki Bakı komandasının görüşü saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.
4 may
16:30.“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zohrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Azersun Arena
5 may
16:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu
19:00. “Araz Naxçıvan” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena
6 may
19:00. “Səbail” – “Qəbələ"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
ASCO Arena
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
9 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 17 qol
Aleksandr Ramalinqom ("Səbail") - 13 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 10 qol