Bakının Yasamal rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, 2003-cü il təvəllüdlü Alıyev İqbal Baba oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol gicgah sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.