![Zığ](https://azertag.az/files/2024/2/1200x630/17147641184083947367_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
03.05.2024 / 23:15
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq paytaxtda Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.