Türkiyədə İstanbul – İzmir şosesində idarəetməni itirən sürücü avtomobilini qısa müddət öncə qəza törətmiş avtomobil ilə ona yardım edən digər üç nəqliyyat vasitəsinə və piyadalara çırpıb.
“Report”
Bildirilib ki, yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılar Bursa Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.