EN

Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazandı

Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk günü arxada qalıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova 3 növdə finala vəsiqə qazanıb.

O, halqa, top və lentlərlə çıxışda həlledici mərhələdə çıxış etmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 bal toplayaraq, 4-cü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqa ilə isə 32,900 xalla Top-8-də yer alıb.

Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finalda yarışacaq. Zöhrə 4 alətlə çıxışın cəmində 127,100 bal toplayıb. Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, sabah Avropa kubokunda ilk medalçılar bəlli olacaq


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
2
teleqraf.com

3Sources