Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda məktəb ərazisində 30 mərmi tapılıb.
Teleqraf.com bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hadisə Bəyoğlu rayonundakı İmam Hatip liseyi binasının tikinti meydançasında baş verib.
Tikinti zamanı fəhlələr 30 mərmi aşkar edib. Sursat qazıntı işləri zamanı tapılıb.
Müəllif: Teleqraf.com