Son zamanlar sürücülərin törətdiyi kobud qayda pozuntularından biri manevr qaydasıdır. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülərin yayıldığının şahidi oluruq. Belə sürücülərdən birinin videosunu oxucumuz Avtosfer.az-ın qaynar xəttinə göndərib. Qeyd edək ki, 77-YX-194 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü mayın 3-də, paytaxtın Babək prospektində hərəkət olan zaman güzgüyə baxmadan sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan sürücünün qarşısına keçərək ona qəza şəraiti yaradıb.
Fərid