EN

Renatın yeni baş məşqçisi dəqiqləşib

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”un yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.biz xəbər verir ki, komandaya Özhan Palut başçılıq edəcək.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Palut baş məşqçi vəzifəsində bu gün istefa verən Volkan Demireli əvəzləyib. 39 yaşlı mütəxəssisin qarşısında “Hatayspor”u Superliqada saxlamaq vəzifəsi durur.

Qeyd edək ki, Renatın komandası 34 turdan sonra 33 xalla turnir cədvəlinin 18-cisidir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
idman.biz

1Sources