EN

Azərbaycan xalqının formalaşdırdığı bu dünya görüşü dövlət siyasətinin də mühim əsaslarını təşkil edir-Əziz Əlibəyli- ÖZƏL

"Azərbaycan coğrafiyasında dini konfessiyalar, etnik azlıqlar, yerli çoxluq təşkil edən xalqın özünün bütövlükdə formalaşdırdığı sinerji həmişə böyük bir pozitiv siyasət doğura bilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Bu da onunla əlaqədardır ki, bizdə əhalinin mədəni inkişafı, o cümlədən onun mənəvi keyfiyyətləri əsrlərdən gələn dəyərləri formalaşdırıb onu sülhə, birgəyaşayışa və liberal baxışlara söykəməsi, onun üzərindən də bütöv Azərbaycan bölgəsində razılaşmanın, düşüncə alış-verişinin, heç bir halda toqquşmaya gətirib çıxarmayan fikir müxtəlifliyinin paradiqmaları üzrə inkişafı şərtləndirilib. Biz də bilirik ki, bizim bölgədə böyük ölçüdə qonşularımızdan daha çox bizə məxsus dəyərlərdir. Eyni baxışları tarix ərzində nə Ermənistanda görə bilmədik, tarix deyəndə Ermənistan üçün son 100 ili nəzərdə tuturuq, Gürcüstanda da qonşuluq icmasından baxdıqda müəyyən ayrı-seçkilik və müxtəlif formada mane yaradan səbəblər görmüşük. O baxımdan düşünürəm ki, bizə məxsus olan dəyərlər, baxışlar və mötəbər yanaşma ancaq və ancaq Azərbaycan xalqının özünün fəlsəfi, mədəni, kultural, sosial davranışlarını və baxışlarının məcmusudur. 
Azərbaycan xalqının formalaşdırdığı bu dünya görüşü dövlət siyasətinin də mühim əsaslarını təşkil edir. Həm Heydər Əliyev dönəmində, həm də Cənab Prezident tərəfindən sivilizasiyalararası dialoqa töhfə vermək, İslam, Xristian sivilzasiyaları kontekstində siyasi baxış formalaşdırmaq, tarixdə demək olar ki, bütün qitələrdə yəhudilərin soyqırıma məruz qaldığı dönəmdə azərbaycanlıların onlara qucaq açması, dini baxımdan sünni və şiələrin, müxtəlif toplumların, etnik mənsubiyyəti olan şəxslərin ölkədə normal yaşaması təmin olunub. Dövlət də siyasi baxışları bunun üzərindən qurur. Həm də maraqlıdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə Azərbaycan əhalisini həm dininə, həm də etnik kimliyinə görə məhv etdi. Amma Azərbaycanda xristianlığın olduğu həqiqətini Azərbaycan dəyişmədi, saxladı, onu reallığa tətbiq etdi. 2020-ci il müharibəsində Ermənistan nə qədər çalışdı ki, Azərbaycan üzərindən Xristian dünyasına desin ki, Azərbaycan bir Xristian topluluğunu məhv edir, bu siyasi baxış alınmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
50
olaylar.az

10Sources