Müğənni Fədayə Laçının sosial media paylaşımı maraq oyadıb.
“Yeni Gundem” axşam.az-a istinadla xəbər verir ki, ifaçı oğlu Əlhəmlə görüntüsünü yayımlayıb.
F.Laçın ona fəxri ad verilməməsindən gileylənib:
“Deyirəm, mən oxuya bilirəm, ad vermirlər, eybi yoxdur. Onda oğluma ad versinlər, oxuya bilmir. Əslində, ad oxuya bilməyənlərə düşür. Çünki onlar oxuyanda zülm çəkirlər”.