Qobustan Rayon İcra Hakimiyyətinin üç satınalma müsabiqəsi ləğv edilib.
Valyuta.az xəbər verir ki, bu tenderlər Qobustan şəhərində aparılacaq abadlıq işləri ilə əlaqədar, qüsur aktının tərtibi, dizayn və layihə-smeta sənədlərinin hazırlanması, Qobustan Rayon İcra Hakimiyyətinin inzibati binasının fasad və dam örtüyünün əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması və qüsur aktı əsasında yolların əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə baölı elan edilmişdi.
Hər üç tender iddiaçıların sayının üçdən az olduğuna görə ləğv edilib.
Hüseyn