EN

Putinlə Tacikistan prezidenti arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putin Tacikistan lideri Emoməli Rəhmonla telefon danışığı aparıb.

" Moskvada Emoməli Rəhmonun dəvət olunduğu Qələbə Gününə həsr olunmuş təntənəli tədbirlərdə birgə iştirak məsələləri müzakirə edilib", - Kremlin saytında deyilir.

Bundan əlavə, Rusiya və Tacikistan prezidentləri işgüzar və konstruktiv şəkildə bəzi aktual ikitərəfli məsələlər, o cümlədən terrorizmlə mübarizə və miqrasiya sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

“Bu kontekstdə aidiyyəti nazirliklər və idarələr arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi razılaşdırılıb”, - deyə məlumatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
aznews.az

1Sources