Azərbaycanın futbol üzrə U-17 və U-19 millilərinin Avropa çempionatının 2024/2025 mövsümündəki ilk rəqibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub. U-17 yığmamız Macarıstan, Yunanıstan və Rumıniya ilə birgə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.
Azərbaycanın U-19 millisi isə Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində mübarizə aparacaq. Komandamız 7-ci qrupda İrlandiya, İslandiya və Moldova yığmaları ilə qarşılaşacaq. Yarışın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.