EN

Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri iki ölkənin əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada çoxşaxəli ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib və bir sıra sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya hökumətinin bəyanatına istinadən məlumat yayıb.“Danışıqlarda Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərinə baxılıb. Hökumətlərarası komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər”, - məlumatda qeyd edilib.Bildirilib ki, tərəflər ticari-iqtisadi, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.

Chosen
122
50
missiya.az

10Sources