EN

"Prezident Kuboku-2024" beynəlxalq reqatasını 9 medalla başa vurduq

Azərbaycan avarçəkənləri ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasını 9 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, komandamıza sonuncu medalı yarışların üçüncü günündə Niyaz Məlikov - Emil Zeynalov cütlüyü qazandırıb.

Təmsilçilərimiz 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 100 metr məsafəyə kayak yarışında gümüş medala sahib çıxıb.

Avarçəkənkərimiz daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
sportinfo.az

1Sources