Futbol üzrə U-17 və U-19 millilərimizin Avropa çempionatının 2024/25 mövsümü üzrə birinci mərhələsindəki rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.
U-19 isə İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq. Yarışın final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.