EN

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

Forum

Bakı, 3 may, AZƏRTAC

Qonşu ölkələrlə dialoq aparmaq hər bir dövlət üçün olduqca zəruridir. Çox sevindirici haldır ki, Azərbaycan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda hamını bir araya gətirməyə nail oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, “BTP Advisers” şirkətinin icraçı direktoru Mark Pursey deyib.

O bildirib ki, Azərbaycan bu möhtəşəm tədbiri təşkil edib mədəniyyət xadimlərini, biznes nümayəndələrini və dini liderləri bir araya gətirərək böyük bir iş görüb.

Qonaq, eyni zamanda, COP29-un Bakıda keçirilməsini Azərbaycanın yaşıl enerji, o cümlədən günəş və külək enerjisi sahəsində imkanlarını dünyaya nümayiş etdirməsi baxımından əla fürsət olduğunu vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
azertag.az

1Sources