EN

Qasperini “Olimpik”i ilə ilk oyunu şərh etdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Marsel “Olimpik”i ilə Avropa Liqasının ilk yarımfinal səfər oyununu (1:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Skamakkanın möhtəşəm qolu, yaxşı fəaliyyət və vaxtında ötürmə. Görünür, bu qəbildən qarşılaşmalarda Berqamoda olmalı kimi, daha çox imkan yaratmaq vacibdir, çünki biz ancaq oyunun sonunda yenidən həqiqətən oynamağa başladıq.

Bu gün çətin anlar yaşadıq, amma bu, yaxşı nəticədir. “Olimpik” burada il ərzində bircə dəfə uduzub və bu stadionda bacardığı hər şeyi göstərdi.

Açığı, bu, bizim üçün yaxşı nəticədir – çox çətin stadionda güclü komandaya uduzmamaq. Cavab oyununda doğma meydanda üstünlüyə malik olacağıq, amma “Olimpik”in əks-hücumlarında çox diqqətli olmalıyıq. Xüsusilə hücumda keyfiyyətli oyun göstərmək gərək olacaq, amma bizim azarkeşlərimiz də olacaqlar və bu axşam göstərdiyimizdən daha yaxşı oynamalıyıq”, deyə Qasperini vurğulayıb.

Xatırladaq ki. komandalar arasında cavab oyunu mayın 9-da Berqamoda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
1
arena.az

2Sources