Bölgələrdə, xüsusən də dağlıq rayonlarda bağçaların sayının azlığı ilə bağlı tez-tez valideynlər narazılıq edirlər.
AzEdu.az Təhsil Portalı olaraq bağçaların sayını öyrənmək məqsədi ilə sorğu keçiririk. Bu dəfəki sorğumuzu Qazax-Tovuz Regional Təhsil İdarəsinə ünvanladıq.
İdarədən sorğumuza cavab olaraq bildirildi ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində 160 uşaq bağçası fəaliyyət göstərir:
Şəmkir rayonu üzrə 51;
Ağstafa rayonu üzrə 34;
Tovuz rayonu üzrə 41;
Qazax rayonu üzrə 26;
Gədəbəy rayonu üzrə 8 bağça fəaliyyət göstərir.
Həmçinin, hazırda Qazax-Tovuz Regionu üzrə bağça yaşlı uşaqların 19%-i bağça ilə təmin edilib.