Bakı, 3 may, AZƏRTAC
Suriyada İŞİD qruplaşmasının hücumu nəticəsində hökumət qüvvələrinin 17 hərbçisi həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin mərkəzindəki Hama əyalətinin Rasem Əl-Kom bölgəsində baş verib.
Xatırladaq ki, İŞİD qruplaşması 2019-cu ildə Suriya ərazisindəki mövqelərini itirdikdən sonra ölkənin səhra bölgəsində hökumət qüvvələrinə pusqular qurur və terror hücumları həyata keçirir.