İş dünyasının nümayəndələri Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarını dəstəkləyiblər. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MÜSİAD sədri Mahmud Asmalı “İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil, humanitar qazancdır”-deyə bildirib. ASKON İdarə Heyətinin sədri Orhan Aydın isə “ümid edirəm ki, bu addım bütün millətlərə nümunə olacaq və geniş yayılacaq",-deyə vurğulayıb.