Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Afrika ölkələri ilə bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələri inkişaf etdirir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunda həm Rusiya, həm də Afrika ölkələri maraqlıdır.
"Biz müxtəlif Afrika dövlətləri ilə bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əlaqələrimizi inkişaf etdiririk", - Peskov qeyd edib.
Qeyd edək ki, Nigerin paytaxtında Rusiya bayraqları qaldırılıb.