Türkiyənin “TV8” telekanalının sahibi, məşhur iş adamı Acun Ilıcalıya ağır itki üz verib.
“Cebhe.info” xəbər verir ki, onun əmisi Gürbüz Ilıcalı vəfat edib.
Bu barədə Acun Ilıcalı “Instagram”da paylaşım edib:
“Yaxşılıqdan başqa bir şey düşünməyərək, çətində qalana kömək edərək, ailəmizə əmilik, atalıq, babalıq edərək keçən, nümunə aldığım bir ömür. Canımız Gürbüz əmimizi itirdik. Başımız sağ olsun”.