EN

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir.

Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 qəpikdən 9 qəpiyə qədər ucuzlaşıb. Lakin toyuq ətinin qiyməti ucuzlaşmır. 

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sədri Mürvət Həsənli “Cebhe.info”-ya açıqlamasına bildirib ki, istehlak bazarında satışda olan yumurtalar maya dəyərindən 9 qəpik aşağı satılır:

“Daxili bazarda hazırda istehsal bolluğu var. Təklif həddən artıq çoxdur. Toyuq ətinin qiyməti isə yumurta ilə əlaqəli deyil. Damazlıq yumurtanın qiyməti 80-90 qəpik arası dəyişir. Eyni zamanda, yemin qiyməti stabil qaldığı üçün toyuq ətinin qiyməti nə artır, nə də ucuzlaşır”. 

M.Həsənli qeyd edib ki, toyuq ətinin ucuzlaşması gözlənilmir: 

“Ölkə daxilində toyuq əti tələbatının 85-90 faizi yerli istehsal hesabına ödənilir. 

Qalan, yəni çatışmayan quş əti xaricdən idxal olunur. Ətə də tələbat kifayət qədər çox olduğuna görə ucuzlaşması proqnozlaşdırılmır”. 

Chosen
41
1
cebheinfo.az

2Sources