Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Manset.az "Report"a istinadən xəbər verir ki, Kəlbəcər rayonu ərazisində "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.