Bakı. Trend:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – ƏlahiddəÜmumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İranİslam Respublikasına rəsmi səfər edib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsindəİran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisininbirinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbirəhbərlərlə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığınmövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib,regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsiaparılıb.