EN

Pioli “Napoli”nin baş məşqçisi ola bilər

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliyada klubunu dəyişə bilər.

Msport.az “Onefootball.com”a istinadən xəbər verir ki, mütəxəssisin “Napoli”nin sükanı arxasına keçmək ehtimalı var.

Onun “rossoneri” ilə müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub, lakin tərəflər bu yay müqaviləni vaxtından əvvəl ləğv edəcək.

Milanlılar artıq yeni baş məşqçi axtarışına da çıxıb. “Napoli”nin sahibi Aurelio De Laurentiis isə komandanın hazırkı baş məşqçisi Françesko Kalzonanın nəticələrindən razı deyil. Komanda A Seriyasında 9-cu yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
msport.az

1Sources