Bakı, 3 may, AZƏRTAC
Hanoy tarix boyu müxtəlif adlar altında yaşasa da, bu adı ona 1831-ci ildə imperator Min Mạnq verib. Vyetnam dilində Hanoy “Çaylar içində” anlamına gəlir. O vaxt şəhər Qırmızı və Qara çayın arasında yerləşirdi.
Vaxtilə müharibə və müstəmləkəçilik yaşamış Hanoy hazırda sülh şəhəridir. O, paytaxt kimi Vyetnamın siyasi mərkəzi olmaqla yanaşı, həm də mədəniyyət, elm-təhsil mərkəzi, habelə ölkənin ən iri şəhəri olan Hoşimindən sonra ikinci iqtisadi mərkəzidir.
AZƏRTAC-ın xüsusi müxbiri Şahin Cəfərov Asiyanın populyar turizm təyinat məntəqəsi olan Hanoydan xüsusi videoreportaj hazırlayıb.