Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam etdirilir.
E-huquq.az-ın məlumatına görə bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs barəsində ilkin ekspertiza rəyi alınıb: "Ekspertizanın nəticəsindən asılı olaraq obyektiv və ədalətli qərarın qəbul olunması təmin ediləcək. O, hazırda Bakı istintaq təcridxanasında saxlanılır. Hazırda istintaq davam edir".
OrxanRasifoğlu