EN

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib- ÖZƏL

"Bu gün ölkəmiz artıq bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Eyni zamanda, Azərbaycanda keçirilən bu tədbirlər qlobal miqyasda mühüm əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib: "Azərbaycan etnik-mədəni və dini müxtəlifliyin qorunması, tənzimlənməsi baxımından dünyada nümunə ölkələrdən biridir. Bu gün Azərbaycanda müxtəlif dinlərin, təriqətlərin, etnik qrupların nümayəndələri sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan bu baxımdan bir çox dünya ölkələri üçün əsl nümunədir. Ölkəmiz bu sahədə öz liderliyini qoruyur, prosesə töhfələrini birmənalı olaraq verir. Bu baxımdan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox böyük önəm daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
olaylar.az

1Sources