Mayin 2-i Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə 1D sinfinin əlifba bayramı keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən məktəb-liseyin direktoru Gülşən Orucova şagirdlərin bilik və bacarığından, müəllim-şagird munasibətlərindən söz açaraq, onlara şəxsi və təhsil həyatlarında uğurlar arzuladı. Tədbir şagirdlərin rəngarəng çıxışları ilə yadda qaldı.