Bakının Nəsimi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Orxan Əbülfəz oğlu Qarayev və onun həmyaşıdları Mirəli Miri oğlu Mahmudzadə, Əli Mehdi oğlu Osmanov xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media