Günəşdəki partlayış Yerdə maqnit qasırğası yaradıb
Son iki gündə maqnit qasırğasının yeni dalğası müşahidə olunur.
Reyting.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutunun kosmik hava şəraitinin monitorinq mərkəzi məlumat yayıb.
Bildirilir ki, mayın 2-də Yerdə maqnit qasırğasının güclənməsinin səbəbi Günəşdə bir-birinin ardınca baş verən partlayışlardır.
V. QULİYEV