Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında növbəti pley-off oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, 1/4 final mərhələsində "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu keçirilib. Görüş ikincilərin 76:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq yarımfinalda "Sabah"ın rəqibi olub.
Qeyd edək ki, yarımfinal mərhələsində ilk oyun mayın 7-də baş tutacaq.