EN

Asiya Inkişaf bankının prezidenti COP29-da iştirak edəcək

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısının ilk günündəAzərbaycanın maliyyə naziri Samir Şərifov bir sıra ikitərərəfligörüşlər keçirib.

Trend xəbər verirki, AİB-nin prezidenti Masatsuqu Asakava ilə görüşdə Azərbaycan iləAİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri iləbağlı, xüsusilə nəqliyyat və dəmiryol layihələrində iştiraka dairfikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, cari ildə Azərbaycanla Bank arasındaəməkdaşlığın 25 illiyi qeyd olunacaq. Bankın prezidenti bumünasibətlə Azərbaycana səfər edəcəyini ifadə edib.

S.Şərifov böyük məmnuniyyətlə Masatsuqu Asakavanı noyabr ayındaBakı şəhərində keçiriləcək qlobal iqlim dəyişikliyi ilə bağlımüzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına – COP29-a Azərbaycan dövləti adından dəvət edib vədəvət qarşı tərəfdən qəbul olunub.

Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə keçirilən görüşdəisə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsiaparılıb, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın vəqarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib, habeləbeynəlxalq maliyyə təşkilatlarında əməkdaşlıq məsələləri müzakirəedilib.

S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 57-ci İllik Toplantısınayüksək səviyyədə ev sahibliyi etdiklərinə görə gürcü həmkarınıtəbrik edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
6
az.trend.az

7Sources