Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ilə görüşüb.
Azpost.info bildirir ki, bu Ərdoğanın müxlaifət partiyası ilə 8 ildən sonra ilk görüşüdür.
Saat yarım davam edən görüş AKP-in qərargahında baş tutub. Onlar yeni konstituasiyanı müzakirə ediblər.
CHP-dəki mənbələr NTV-yə deyib ki, görüş konsturktiv və məhsuldar olub.
Görüşün sonunda Ərdoğan və Özel bir-birilərinə hədiyyə veriblər.