EN

5 mərtəbəli binada güclü yanğın baş verdi

Türkiyənin Muğla vilayətində 5 mərtəbəli binanın çardağında yanğın baş verib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, əraziyə təcili tibbi yardım və yanğınsöndürmə qrupları cəlb olunub.

Yanğın qrupların müdaxiləsi ilə nəzarət altına alınıb.

Buna baxmayaraq, binanın çardağı yararsız hala düşüb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi hələki məlum deyil. Araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
demokrat.az

1Sources