17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız start görüşündə meydan sahiblərinə uduzub.
ABFF Təlim-Məşq Mərkəzində keçirilən oyunda futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Komandamızın heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.
Turnirin bu gün keçirilən digər görüşündə Türkiyə Qazaxıstan yığmasına 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə görüşəcək.
İdman.biz