EN

Gürcüstanın Daxili İşlər Nazirliyinə xaker hücumu

"Anonymous" beynəlxalq xaker şəbəkəsi Gürcüstanın Daxili İşlər Nazirliyinin saytına hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə qrupun "X" platformasındakı paylaşımında deyilir.

Hazırda Gürcüstan DİN-in saytına daxil olmaq mümkün deyil.

Qeyd edək ki, "Anonymous" mayın 1-də hakim "Gürcü Arzusu" partiyasının və hakimiyyət yönümlü "POS TV" telekanalının saytını sındırmışdı.

Qrup həmçinin Gürcüstanın hökumət rəsmilərinin şəxsi məlumatlarını dərc etməklə hədələyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
96
48
milli.az

10Sources