EN

PSJ-nin oyunçusu Avro-2024-də olmayacaq

PSJ-nin heyətində ciddi itki baş verib.

İdmanxeber.az məlumat verir ki, Paris təmsilçisinin müdafiəçisi Lukas Ernandes sıradan çıxıb. 

Fransalı müdafiəçinin ön çarpaz bağları qopub. 28 yaşlı futbolçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq. O. Avro-2024-də Fransa milli komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Lukas Ernandes bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
idmanxeber.az

1Sources