EN

Mövsümü erkən başa vurdu

Timo Verner geniş tibbi müayinədən keçib, nəticə məyusedicidi.

“Football-plus.az” xəbər verir ki, “Tottenhem”in futbolçusu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Angelos Postekoğlu məlumat verib. O, İngiltərə premyer-liqasının 35-ci turunun “Arsenal”la matçında (2:3) zədələnərək meydanı tərk edən hücumçunun cari mövsümdə bir daha oynaya bilməyəcəyini deyib.
Verner London klubunda icarə əsasında oynayır. O, müqavilə ilə “Leyptsiq”ə məxsusdu.

Chosen
117
45
football-plus.az

10Sources