Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaqtəcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Trend Penitensiar xidmətəistinadən xəbər verir ki, həbs olunmuş şəxs Əşrəf Vüqar oğluƏşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilənzaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmişbükülülərdə 2,070 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.